Cəmiyyət

Qarpız toxumlarının faydası nədir?

1 Oktyabr 2016 23:20
1 Şərh     Baxış: 3 681
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qarpız toxumlarının müalicəvi xüsusyyətləri barədə sizləri məlumatlandırmaq istəyirəm. Qarpız toxumunun faydalarından ən çox Çin təbabətində istifadə edilir. Çinlilıər onun faydasını balqabaq toxumunun faydası qədər vacib olduğunu söyıəyirlər. Çin təbabəində qarpız toxumlarından qurdqovucu kimi istifadə edilir.
Qarpız toxumunun tərkibi aşağıdakılarla zəngindir:
- riboflovin
- fosfor
- kalsium
- sink
- B qrup vitaminlər.
Qarpız toxumu dəmləməsi:
1. 5 xörək qaşığı quru qarpız tumlarının üzərinə 1 litir soyuq su tökülüb qaynamağa qoyulur.
2. Toxumlar 45 dəqiqə qaynadılır.
3. Toxumlar süzülür, gündə 3 dəfə, hər dəfə 1 stəkan içilir.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, dəmləmə sidikqovucu təsirə malikdir. O orqanizmdən artıq mayeni xaric etməklə çəkini azaldır.
Bağırsaq qurdlarını tökdürmək üçün aşağıdakı reseptdən istifadə etmək lazımdır:
1. Qarpız toxumları duxovkada qurudulur və üyüdülür.
2. Üyüdülmüş tumlar 1/10 nisbətində yağsız südə qatılır.
3. Səhərlər acqarına 2 stəkan içilir. Müalicə kursu 3 gündən ibarətdir. Profilaktika məqsədilə 1 stəkan içmək kifayət edir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.