Cəmiyyət

Qripdən qoruyan meyvələr

1 Oktyabr 2016 23:15
13 Şərh     Baxış: 3 123
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Soyuq havaların gəlməsi ilə dünyada qrip virusu yayılıb. Mütəxəssislər qripdən qorunmaq üçün meyvə yeməyin önəmli olduğunu deyirlər.

Milli.Az musavat.com-a istinadən bildirir ki,qripdən qorunmaq üçün lazım olan meyvələr isə bunlardır.

Alma: Alma E və C vitaminləri ilə zəngin olduğu üçün immuniteti gücləndirir. Gün ərzində yeyilən iki alma xolestrolu aşağı salır və xərçəng hüceyrələrinə qarşı mübarizə aparır.
 
Nar qanın miqdarını artırır, sidik qovucudur, enerjini artırır, qan təzyiqini aşağı salır. Bunlarla bərabər bədəndə vitaminlərin miqdarını artırır.
 
Portağal: Qışın ən önəmli meyvələrindən olan portağal C vitamini ilə zəngindir. Tərkibində B vitamini yüksək miqdarda olduğundan qan təzyiqini normada saxlayır. Qripdən qorunmaq üçün ən önəmli meyvə olduğundan həkimlər daha çox portağal yeməyi tövsiyə edirlər.
 
Naringi xəstəliklərə qarşı mübarizə aparmaq üçün lazım olan ən yaxşı meyvədir. Damarlarda qanın hərəkətini sürətləndirən naringi bədənin immunitetini də gücləndirir. Gündə iki ədəd naringi yemək bütün xəstəliklərdən qoruyur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.