Cəmiyyət

"Dönər insanlarda heyvan xəstəlikləri yaradır" - Sağalmaz təhlükə - VİDEO - FOTO

30 Sentyabr 2016 16:05
4 Şərh     Baxış: 2 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əksər insanların gündəlik qidalanmasında ayaqüstü yeməklər, fast foodlar xüsusi yer tutur.

ARB TV xəbər verir ki, adından da göründüyü kimi bu qidalara xüsusi zaman ayırmağa ehtiyac yoxdur. Qəhrəmanımız Murad da bir vaxtlar bu cür yeməklərdən geniş istifadə edib. Amma özünün də dediyi kimi artıq bu qəbildən olan yeməklərə tövbə edib. Səbəbini isə özündən eşidək:

"Toyuq ətindən hazırlanmış dönər yedim və zəhərləndim. Dərhal həkimə müraciət etdim. 2 gün xəstəxanada qaldım".
Dönər ölkədə ən geniş yayılan fast food növüdür. Dönərxanalarda istifadə olunan 80% ətlərin mənşəyi bilinmir. Səhiyyə Nazirliyi bu ətlərə gigiyenik sertifikat versə də, ətlər müayinədən keçirilmir.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, dönərxanalardakı ciddi problemlərdən biri dönərin çöl tərəfi qızarır lakin içərisinə istilik keçmir: "Şişdən keçən ət hissəsi azca qızır və oradan qanın plazması axır. Bişməmiş plaza hissəsi ətlə birləşəndə insanda ciddi heyvan xəstəlikləri yaranır".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.