Cəmiyyət

Bakıda toyda kütləvi dava: 4 yaralı

29 Sentyabr 2016 07:44
2 Şərh     Baxış: 3 644
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda toyda kütləvi dava baş verib. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, Nizami rayonu ərazisindəki şadlıq saraylarından birində keçirilən toyun qonağı ilə inzibatçı arasında mübahisə yaranıb.
 
Daha sonra mübahisə əlbəyaxa davaya çevrilib. Davaya ofisiantlar və digər qonaqlar da qoşulub. Kütləvi dava zamanı 4 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.
 
Xəstəxanadan verilən məlumata görə, 21 yaşlı Araz Tağıyevin vəziyyəti digərlərinə nisbətən ağır olub. Hazırda onun həyatı üçün təhlükənin olmadığı bildirilir.
 
Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları hadisə yerində olublar. Faktla əlaqədar araşdırmalar aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.