Cəmiyyət

Güclü yağışlar Bakıda fəsadlara yol açıb - YENİLƏNİB

29 Sentyabr 2016 07:24
3 Şərh     Baxış: 2 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

07:24

Fövqəladə Hallar Nazirliyinin qurumları tərəfindən 28 sentyabr 2016-cı il tarixində yağan yağışlar nəticəsində fərdi yaşayış evlərində köməksiz vəziyyətdə qalmış insanların təxliyyəsi və yollarda yağış sularının çəkilməsi işləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Milli.Az-a verilən məlumata görə, hazırki vaxta qədər təhlükəsiz ərazilərə üç nəfər azyaşlı olmaqla 24 nəfər təxliyyə olunmuşdur.

00:03

28 sentyabr 2016-cı il tarixində yağan intensiv yağışlar nəticəsində Bakı şəhərinin bəzi ərazilərində fərdi yaşayış evlərinin həyətyanı sahələri, küçə və prospektlər yağış suları ilə dolub, nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, güclü yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası paytaxtın rayonlarına cəlb olunub.

Aparılan xilasetmə əməliyyatları nəticəsində fərdi yaşayış evlərindən ikisi azyaşlı olmaqla 17 nəfər xilas edilib.

Hazırda yağış suları ilə dolmuş ərazilərdə suçəkmə işləri aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.