Cəmiyyət

Hipoplastik uşaqlıq - DİAQNOZ və MÜALİCƏ

29 Sentyabr 2016 22:55
0 Şərh     Baxış: 1 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hipoplastik uşaqlıq zamanı, uşaqlığın uzunluğu 6-7 santimetrə çatır. Uşaqlıq boynunun uzunluğu isə uşaqlıq cismi arasındakı nisbət 1: 3 nisbətində olur. Hipoplastik uşaqlıq, yanlız uşaqlıqda olan patologiyadan deyil, həm də keçirilmiş iltihabi proseslər nəticəsində də baş verə bilir. Ancaq bu patologiya cinsi həyatın başlanmasından və hamiləliyin baş verməsindən sonra özbaşına yox olur.

Diaqnoz:

Milli.Az immunitet.az-a istinadən bildirir ki, xəstəyə diaqnoz qoymaq üçün anamnez, antropometriya, uşaqlığın zondla tətbiqi, histerosalpinqoqrafiya, sümük yaşının təyini və laborator müayinələrin nəticələri əsas götürülür. Anamnezdə qız uşaqlarının kiçik yaş dövrünün qeyri-qənaətbəxş yaşaması, həmçinin uşaqlıqda keçirilmiş yoluxucu xəstəliklərin olması meydana çıxır.
Aybaşının gec olması, hipomestural sindrom tipli menstural tsiklin pozulması xəstələrin əsas şikayətlərindəndir. Belə xəstələrdə tez-tez ağrılı aybaşılar olur. Bu cür uşaqlığa sahib qızlar alçaq boylu, kifayət qədər formalaşmamış döş qəfəsinə sahib olurlar. Onların süd vəziləri inkişafdan qalır, çanaqları dar olur, qasıq və qoltuq hissələrində tüklənmə zəif olur.
Müayinə zamanı xəstənin hormonlarının miqdarının aşağı olduğu aşkarlanır. Belə xəstələrdə cinsi xromatinin tərkibi və kariotip dəyişmir. Rentgenoloji müayinə metodları arasında histerosalpinqoqrafiya daha böyük diaqnostik əhəmiyyətə malikdir.

Müalicə:

Xəstəliyin müalicəsi cinsiyyət üzvlərinin ikişafdan qalmasına səbəb olan patologiyanı tapıb, aradan qaldırmaqdan ibarətdir. Xəstəyə hormonal müalicə tətbiq olunur, ATF təyin edilir. Müalicə kurslarla aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.