Cəmiyyət

Alimlər soyuqdəymə haqqında 5 mifi təkzib etdilər

29 Sentyabr 2016 22:10
0 Şərh     Baxış: 1 944
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qış mövsümü başlamamışdan əvvəl İsveç alimləri soyuqdəymə ilə bağlı geniş araşdırma aparıblar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alimlər soyuqdəymə ilə bağlı 5 mifi təkzib ediblər. Alimlərin keçirdiyi çoxsaylı araşdırmalar nəticəsində məlum olub ki, bu xəstəliyə hamı yoluxa bilər. Bu xəstəliyə qarşı dincəlməklə mübarizə aparmaq mümkündür. Payız aylarında hamı özünü, zökəm, qızdırma və baş ağrısından qorumağa çalışır. Lakin bir çox vaxtlar bütün metodlar faydasızdır. Alimlərin sözlərinə görə heç kəs bu soyuqdəymədən özünü siğorta edə bilməz.
 
Adətən böyüklər ildə 2 dəfə, balacalar isə daha çox bu xəstəliyə yoluxurlar. Təbii ki, immun sistemini vitaminlərlə gücləndirilmək lazımdır, lakin hər zaman soyuqdəymədən yan keçmək olmur. Bəziləri hesab edirlər ki, antibiotiklər bu xəstəliyin sağalmasını tezləşdirir. Bu xəstəliyə yoluxan insanlar daha çox istirahət etsələr və çoxlu su içsələr eyni effekt əldə olunacaq. Bir çoxları həmçinin hesab edirlərlər ki, soyuqdəymənin əsas səbəbi soyuqdur. Lakin əslində bu cür mühütdə mikroblar daha yaxşı yaşıya bilirlər. Amma soyuğun özü bu xəstəliyin yaranmasına səbəb olmur. Mütəxəssislər əmindirlər ki, xalq təbabəti soyuqdəyməni müalicə etmir və bu xəstəliyə qarşı yalnız istirahət və su qəbul etmək yardım edir. Həmçinin insanların bəziləri bu fikirdədirlər ki, soyuqdəyməni həkimsiz müalicə etmək olmur. Əslində soyuqdəyməni cəmi bir neçə gün ərzində sağaltmaq mümkündür.
 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.