Cəmiyyət

“Allahım! Bu, mənimlə Sənin aranda bir sirr idi...”

29 Sentyabr 2016 21:45
8 Şərh     Baxış: 1 633
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir il Mədinədə qəhətlik idi və insanlar səhraya gedib dua edir və namaz qılırdılar. Bir nəfər deyir ki, mən bir qulu gördüm ki, təkbaşına ibadət edir və dua edirdi. Onun etdiyi dualardan və göz yaşlarından sonra göydən yağış yağmağa başladı. Mən ona valeh oldum və şəkk etmədim ki, bu yağışın yağması məhz onun etdiyi duaya görədir.

Ona görə də həmin qulu axtarmağa başlayır və istəyir ki, həmin qulu satın alsın və özü ona xidmət etsin. Nəhayət həmin qulu İmam Səccadın (ə) evində tapır.
 
Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmamın (ə) xidmətinə gəlir və deyir: "Ağacan, sizin bir qulunuz vardır ki, onu satın almaq istəyirəm. Ona görə yox ki, mənə xidmət etsin, əslində özüm ona xidmət etmək istəyirəm. Mənə minnət qoy və onu mənə sat". İmam (ə) buyurur: "Onu sənə bağışladım".
Həmin qul gəlib İmamın (ə) xidmətində hazır olur və həmin şəxsə bir nəzər salıb deyir: "Sən kimsən ki, gəlib məni Mövlamdan ayırırsan?". Həmin şəxs deyir: "Mən səni ona görə almıram ki, mənə xidmət edəsən, ona görə alıram ki, mən sənin xidmətçin olum. Sənin bildiklərindən bəhrələnmək istəyirəm.
 
Mənim sözlərim sona çatan kimi qul üzünü səmaya qaldırdı və dedi: "Allahım! Bu, mənimlə Sənin aranda bir sirr idi. Mən istəmirdim ki, bəndələrin ondan xəbərdar olsun. İndi ki, bəndələrini ondan xəbərdar etmisən, Allahım məni apar!".
Bu sözləri deyib can verdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.