Cəmiyyət

Bakıda seysmik vəziyyət necədir?

27 Sentyabr 2016 21:11
0 Şərh     Baxış: 497
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Layihəyə 2017-ci ildə start veriləcək. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli, Baş mühəndis, geologiya üzrə fəlsəfə doktoru Rauf Muradov və Elmi əlaqələr şöbəsinin müdiri Telman Cəfərov GFZ Geoelmlər üzrə Alman Araşdırma Mərkəzinin Erkən Xəbərvermə Sistemləri Mərkəzinin (GFZ EXSM) rəhbəri Stefano Parolainin dəvəti ilə 19-23 sentyabrda Almaniyanın Potsdam şəhərində yerləşən GFZ-də işgüzar səfərdə olublar.

Görüşdə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması və seysmik təhlükəli zonaların müəyyənləşdirilməsi məqsədilə aparılacaq tədqiqat işlərinin həyata keçirilməsi üçün imkanlar müzakirə olunub.

Görüşdə Bakı şəhərinin seysmik mikrorayonlaşdırılması layihəsinin həyata keçirilməsi üçün GFZ-nin texno parkında olan cihazların Bakı şəhərində quraşdırılması üçün ilkin razılıq əldə olunub. Bildirilib ki, GFZ-nin texno-parkından ilkin olaraq 20 stansiyanın 2 il müddətində Bakı şəhərində quraşdırılması GFZ-nin hesabına həyata keçiriləcək. Quraşdırma işləri hər iki təşkilatın əməkdaşlarının iştirakı ilə həyata keçiriləcəkdir. Bununla bağlı RSXM-nin bir neçə əməkdaşının əvvəlcədən GFZ-də Almaniyalı tədqiqatçılarla birlikdə 2-3 ay işləyərək təcrübə toplaması nəzərdə tutulur. Birgə əməkdaşlıq zamanı alınmış məlumatların birgə emal edilməsi və layihənin 2017-ci ilin aprel- may aylarında başlanılması razılaşdırılıb. Bununla yanaşı AMEA nəzdində RSXM-nin gənc magistrant və doktorantlarının GFZ-də təhsil almaları qərara alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.