Cəmiyyət

Başı yanan qız saçlarına qovuşur - VİDEO

27 Sentyabr 2016 21:09
5 Şərh     Baxış: 1 441
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qardaşı tərəfindən başı yandırılan qızcığazın sağlamlığına qovuşmasına sayılı günlər qalıb. Valideynləri qızın saçına görə cəmiyyət içinə çıxmaqdan çəkindiyini deyirlər. Onlar övladlarını "Mediluks-1"xəstəxanasının aparıcı mütəxəssislərindən olan doktor Dilqəm Məhərrəmova həvalə ediblər.

2 yaşında ikən azyaşlı qardaşı tərəfindən alışqanla başı yandırılan qızın qüsurlu görüntüsü əməliyyatla bərpa olunur.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, hadisədən sonra başın təpə nahiyyəsi tam, gicgahın bir neçə hissəsi isə qismən yanıb. İllərdir ki, uşağın saçı çıxmır. Valideynləri övladlarını gələcəkdə belə görmək istəmədiklərindən onu tanınmış "Mediluks" xəstəxanasının peşəkarlarına həvalə ediblər.

Əməliyyat iki hissədən ibarətdir. Uşaq 6 ay sonra həyata keçiriləcək ikinci əməliyyatın nəticəsi olaraq əvvəlki saçlarına qovuşacaq.

Tibb üzrə fəlsəfə doktoru olan Dilqəm Məhhərəmovun sözlərinə görə, "Mediluks-1" xəstəxanası tərəfindən belə əməliyyatlar artıq bir neçə dəfə edilib. Nəticəsi isə göz qabağındadır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Başı yanan qız saçlarına qovuşur

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.