Cəmiyyət

Axı sən özün də kişi hesab olunursan...

27 Sentyabr 2016 11:09
17 Şərh     Baxış: 5 273
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Vaxtlı-vaxtında orqazm olmayan qadın vəhşiləşir.

Heç vaxt orqazm olmayan qadınlar isə  ev heyvanları kimidir.
Götürək elə bizim qadınları, götürək deyirəm, çoxunu götürmək də olmur - çəkilərinin çoxluğu təfəkkürləriylə tərs mütənasibdir.
Bu, seksist yanaşmadır.
Biri çıxıb deyəcək ki, necə yəni, indi sən kök qadınlara ilişirsən?
Biri o yandan gələcək ki, ancaq seksdən, qadından, orqazmdan yazırsan.
Əzizi-mənlər, qadın ki var, bu bəşəriyyətin başlanğıcı, sənin, mənim mənbəyimdir. 
Deməli, ən ali mövzudur!

Bilirəm, indi dünyanın elə vaxtıdır ki, yaşamağa vaxt tapmır adam, ona görə də vikipedik məlumatlarla vaxtınızı almadan keçirəm mətləbə (Nəzərinizə çatdırım ki, "mətləb" burada adam adı deyil - red.)
Bildiyimiz kimi, ildən-ilə boşanmaların sayı çoxalır.
Əsas səbəb  "Oğlan çəkəniymiş",  "Başqa arvad saxlayırmış", "Alkaşın biriydi" kimi maskalasalar da, kişilərin diqqətsizliyi, yataqdakı zəif performansı (bunu  belə oxuyun: işini bitirib, üzünü divara çevirib yatması) və xəsisliyidir.
Azərbaycan qadını diqqətə, sevgiyə, qayğıya o qədər acdır ki, bir balaca xoş rəftar görən kimi adını sevgi qoyur.
Sosial şəbəkələrdə qeydiyyatdan keçən qadınların əksəriyyəti kişisizlik sindromundan əziyyət çəkir.

Bu sindroma "QKS" deyək: QAZANILMIŞ KİŞİSİZLİK SİNDROMU.
Sindromun əsas əlamətlərini də yuxarıda qeyd etdim.
Bir dəfə bir qız mənə yazmışdı ki, necə yəni qısqanclıq cəhalətdir, inanmsızlıqdır, mən istəyirəm ərim məni qısqansın, lap kötəkləsin də.
Hə, qadınların adını "qısqanclıq" qoyduqları əslində "Mənə diqqət etsin" kimi  anlaşılmalı.
Məşhur "Qadınlar nə istəyir" sualına cavab kimi yazılmış qalaq-qalaq kitablara ehtiyac yoxdur.
 
Adını sevgi qoyduğunuz zadın adını ha fikirləşdim, tapa bilmədim. Mənim üçün cütləşmək istəyi (həm bədən olaraq, həm də hissi) biloji tələbatdır, lap olsun sevgi. Gecə mesajlaşmaları, səhər danışıqları. Hələ sosial şəbəkələrdə bir-birlərinə hesab parollarını vermələr, o kafe, bu restoran. Bir az bu cütlüklərə obraz verək, qoy kinoya getsinlər, lap balıq tutsunlar. 

Park köşələrində öpüşlər, virtual ehtiras... Başdan-başa film kimi münasibət, əyləncə. Nəhayət  toy. Cinsi kişi olan bir canlı, öpüşməyi bir qırağa qoysaq, bütün sadaladıqlarımı öz cinsindən biri ilə eləyə bilməzmi? 

Bir kişi  həmcinsi ilə dünya turuna çıxa, bir evdə qala, əylənə bilməzmi? Amma bunun bir əmması var. Söhbət cütləşməyə gələndə məsələ qəlizləşir. Adamın qadın istəyi oyanır. Ümumilikdə qadınla kişinin ən primitiv fərqi cinsiyyətdir. Sizdə olan bizdə yoxdur, bizdə olan sizdə. Qadın-kişi münasibətləri də bu olmayan zadların "bazar ticarətindən" yaranır. Bu qədər də ilahiləşdirməyin. Bütün günü telefonunu izlədiyin, hər dəqiqə zəng vurub heç kimlə danışmadığına əmin olmağa çalışdığın kişinin səni qısqanmaq hissi də bir o qədər müqəddəs deyil, bacım. Qısqanclıq iki səbəbin nəticəsidir:
 
Birinci, kişidə sahib olmaq istəyindən yaranır. "Mənim olan tək mənə aiddir" prinsipi. Burada qadın sadəcə alətdir. Kişinin sahiblik istəyini dolduran vasitə.
 
İkinci səbəb çox sadədir - inamsızlıq. İnanmamaq isə, birbaşa kişinin özündən qaynaqlanır. Qısqanc kişi mütləq yalançıdır. O, qadına inanır, kişilərə inanmır. Başqa qadınlara göstərdiyi münasibətdən dolayı kişiləri yaxşı tanıyır. Müəyyən vəziyyətlərdə kişilərin davranışlarını əzbər bilir.
Mənə qalsa, kişinin qadınını qısqanmağı, onun haqqında "birdən belə eləyər, birdən belə olar" düşünməsi kişilik deyil və həmin andan etibarən, şübhənin yarandığı andan başlayaraq münasibət soyumağa başlayır. 

Bu yerdə gəldiyim nəticəni də sizlə bölüşüm: qadın və kişi cinsdən daha çox xarakterdir.
Bunu elə-belə dedim.
Hə, bu məsələ öz yerində, diqqət - qısqanmaq, kölələşdirmək sənəti deyil, diqqət - qadına içindən gəldiyi kimi yaşamaq haqqı vermək sənətidir. 
Diqqət - köynəyində ütüdən sonra iki xətt düşəndə səhvi qadında yox, ütüdə axtarmaq sənətidir - bunlar həm də adi mədəniyyət etiketləridir.
Bozbaş heç vaxt duzlu olmur, sən aldığın ətdə problem var - bax,  bu qadını kötəkləməkdir, amma kötəklə yox, mədəniyyətlə.

Qadının başı ağrıyanda problemi özündə axtarmaq, tez-tez çəkdiyin siqaretin təsiri, ya da qadınını gəzməyə aparmamaqda axtarmaqdır qayğı. 
Həkimə aparmaq isə birbaşa problemi qadında gördüyünə işarədir. 

Bütün bunlardan sonra gəlir seks.
Mənə görə, sevginin yataq otağı yoxdur və biz sevgidən yaranmamışıq, çoxumuz qohum-əqrabanın, tanış-bilişin "bişey-mişey var?" suallarıyla təzyiqdən, ya da təsadüfən, məsələn, atamızın içkili halda anamıza qarşı yaranmış heyvani ehtirasından. Ki, təsadüfən doğulmaya da bilərdik, məsələn, cinsi akt alınmazdı, ya da uğursuz final nəticəsində döşəməyə tökülərdik damcı-damcı.
Siz ki bunun adına sevgi deyirsiniz, heç olmasa şərait yaradın, qadın da bu prosesdən zövq alsın, hələ finalı demirəm.
Proses özü çoxmərhələlidir.
Sənin ilkin toxunuşundan cinsi aktın kulminasiyaya qədərki müddəti və sonrakı mərhələ.
Qadın yataqda daha emosional, daha həssas olur, həm də güclü.

Bilirəm, bu çətindir, amma özünüzü zorlayıb orqazmdan sonra qadınınızı qucaqlasanız, öpsəniz, adını sevgi qoyduğunuz bioloji tələbat prosesi daha uzunmüddətli olacaq. Nəticələr qadınlara adətən maraqlı deyil, proseslə yaşayır onlar, cinsi akt prosesi, ondan sonrakı proses...

Yenə deyirəm, vaxtınızı vikipedik məlumatlarla almaq istəmirəm, amma bu həm tibbi, həm də praktiki təcrübələrlə sübut olunmuş ki, qadın vaxtlı-vaxtında sekslə məşğul olmalı və orqazm yaşamalı.
Cinsi aktın içində hiss etməli özünü, yoxsa, şalvarı yarımçıq çəkməklə olan iş deyil bu.

Qadını - yenə deyirəm, mənə görə insanlığın cinsiyyəti, dini, dili, irqi yoxdur - onsuz da nəsilartırma katalizatoru kimi görürsünüz, o zaman bunu danmayaq ki, təkcə fərqi də cinsiyyət orqanıdır. O zaman qadını qadın eləyən orqanların tələbatını vaxtlı-vaxtında, həm də sevgiylə, özünüdüşünmədən yerinə yetirmək lazımdır.
Axı sən özün də həmin orqanların fərqliliyinə görə kişi cinsi hesab edilirsən.
Orqazma çatmayan qadın nə həyat yoldaşına həyat yoldaşı, nə uşaqlarına faydalı ana ola bilməz, səbəb çox sadədir, o özü natamamdır, onu qadın eləyən fərqləri  təmin edilməyib.

Sizə gülməli, ucuz, bayağı məsələ kimi görünə bilər, amma boşanmalara səbəblərdən ən vacibi yataqdır!
Diqqətsizlik görən, qayğı hiss etməyən qadının münasibəti soyuyacaq.
Orqazma çatmayan qadın xəyanət edəcək!

Qaldı üçüncü məsələ: xəsislik.
Bu da çox ciddi problemdir.
Qadında fitrətən şöhrətə meyl, fərqlilik istəyi var, üzü Həvva anamızdan bu tərəfə gələn psixozdur.
Bu günün qadını bu boşluğu maddiyyatla doldurur: geyim olsun, bahalı restoran olsun, telefon olsun...

Düzü,  mənə həmişə qaranlıq qalıb bu məsələ. Bilirəm ki, siz də bilirsiniz, amma bildiyinizi deməyə çəkinirsiniz, qadınların makiyajı da, geyimi də kişilər üçün hesablanıb, bu əgər özünədiqqət, özünəhörmət isə, vallah, mən evin içində, həyat yoldaşının yanında dikdabanla, makiyajlı gəzən qadın görməmişəm, evlənəndən sonra geyimə, makiyaja, şubaya olan  həvəs özü də ya kişinin evdəki diqqətsizliyi, ya da qadının başqaları üçün yaşamağına daha ciddi səbəblərin nəticəsidir - dediyim kimi, bu məsələdə acizəm.
Amma bildiyim bir həqiqət var: xəsis kişinin orqazma çatan həyat yoldaşıyla, səxavətli kişinin orqazm olmayan qadını düz mütənasibdir.

Zəruri məsləhət:
Cütləşməyə tələsməyin, nikah - dövlətə kiminlə yatıb-durduğunuzu göstərən rəsmi sənəddən başqa bir şey deyil.
Sonra ərlərindən başqa bütün həqiqətlərə xəyanət eləyən qadınların cərgəsinə bir nəfər də əlavə olunur.

Ömər Xəyyam
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.