Cəmiyyət

Toy karvanı dəbdəbəli toylara bir az daha dəbdəbə qatır - VİDEO

26 Sentyabr 2016 21:54
7 Şərh     Baxış: 3 481
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvələr gəlini bahalı maşınla aparmaq dəb sayılırdısa indi kortej populyardır. Bahalı maşınlardan ibarət toy karvanı dəbdəbəli toylara bir az daha dəbdəbə qatır. Hətta bəzən bir kortej toy sahibinə 5 min manata yaxın başa gəlir. İnsanların çoxu isə bunu israfçılıq adlandırırlar.

Eyni rəngdə olan eyni model bahalı avtomobillərdən ibarət toy karvanı.

Toy günlərində hallar dəb halını alıb.

Toyunu daha dəbdəbəli etmək üçün kortejdəki avtomobillərin sayını artıranlar da var. Hətta bunun üçün bədxərclik etmək də problem deyil.

Kortejin qiyməti avtomobillərin sayından asılı olaraq dəyişir. Bir neçə avtomobildən ibarət kortejdə tək icarəsindən daha ucuz başa gəlir.

Toy korteji isə insanlar tərəfindən birmənalı şəkildə qarşılanmır. Toy günü bir bahalı maşın tapmağın onsuz da xərcə səbəb olduğunu deyənlər bunu israfçılıq sayır. Onlar, bahalı toy menyularının tənqid olundugu bir vaxtda kortejlərə marağın artmasını düzgün hesab etmirlər.

Milli.Az "Xəzər Xəbər"ə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
oy karvanı dəbdəbəli toylara bir az daha dəbdəbə qatır

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.