Cəmiyyət

Kürdəmirdə 15 yaşlı oğlan zorla görün kimlə nişanlandı - VİDEO

26 Sentyabr 2016 21:47
64 Şərh     Baxış: 24 071
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adətən qızların erkən yaşda nişanlandırıldığını və ya evləndirildiyini eşitmişdik. Kürdəmirdə isə 15 yaşlı oğlanı nişanlayıblar. Həm də zorla. Bu barədə oğlanın bacısı məlumat verib.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bu dəfə yeniyetmə qızı yox, oğlanı zorla nişanladılar. Hadisə Kürdəmirdə baş verib. Bir müddət əvvəl bir nəfər gənc qadın ailəsində problem yarandığı üçün paytaxtdakı sığınacaqlardan birinə müraciət edib. Söhbət əsnasında isə 15 yaşlı qardaşının ailəsi tərəfindən nişanlandırıldığını bildirib.

Qadın bildirib ki, erkən nikah onların ailəsində normal hala çevrilib. Özü də azyaşlı ikən ailəsi tərəfindən evləndirilib.

Mehriban Zeynalova deyir ki, bu cür erkən nikah sonradan bir sıra fəsadlara səbəb olur. Oğlan psixoloji cəhətdən evliliyə tam hazır olmadığı üçün onda travmalar əmələ gələ bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Kürdəmirdə 15 yaşlı oğlan zorla görün kimlə nişanlandı

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.