Cəmiyyət

AZƏRTAC və JiJi Press əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlara malikdir - FOTO

26 Sentyabr 2016 20:05
Baxış: 484
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AZƏRTAC və Yaponiyanın JiJi Press xəbər agentliyi arasında əməkdaşlığı genişləndirmək üçün yaxşı imkanlar mövcuddur.

Milli.Az bildirir ki, bu fikirlər IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gəlmiş JiJi Press agentliyinin baş redaktoru Okuyama Masaşi ilə AZƏRTAC-da keçirilən görüşdə səslənib.

Baş direktor Aslan Aslanov AZƏRTAC-ın Yaponiyanın Kyodo və JiJi Press agentlikləri ilə yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edib. Bildirilib ki, AZƏRTAC və JiJi Press ötən il informasiya mübadiləsi sahəsində əməkdaşlıq sazişi imzalayıb. İki ölkənin informasiya agentlikləri Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Təşkilatı (OANA) çərçivəsində də fəal əməkdaşlıq edirlər.

Yaponiyalı qonağa bu ilin noyabrında Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresi və OANA-nın XVI Baş Assambleyası haqqında ətraflı məlumat verilib, bu tədbirlərin JiJi Press ilə əməkdaşlıq münasibətlərini yeni müstəviyə çıxarmaq üçün əlavə imkanlar yaradacağı qeyd olunub.

Okuyama Masaşi Azərbaycana ilk dəfə 25 il əvvəl səfər etdiyini və ötən zaman ərzində Bakının heyrətamiz dərəcədə dəyişdiyini, ecazkar görkəm aldığını bildirib. O, ölkəmizə gəlişindən istifadə edib azərbaycanlı məcburi köçkünlərlə görüşmək istədiyini bildirib.

Baş redaktor JiJi Press ilə AZƏRTAC arasında əməkdaşlıq istiqamətlərini genişləndirmək üçün imkanları araşdırıb müvafiq addımlar atmağın hər iki tərəfin marağına uyğun olduğunu diqqətə çatdırıb.

Görüşdə O.Masaşinin məcburi köçkünlərlə görüşməsinə və Azərbaycan reallıqları barədə material hazırlamasına AZƏRTAC-ın lazımi dəstək göstərməyə hazır olduğu bildirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.