Cəmiyyət

Böyrəklərdə kalsium daşları

27 Sentyabr 2016 23:35
0 Şərh     Baxış: 1 721
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyrək  daşlarının  80%-dən  çoxunun  tərkibində   kalsium  tapılır. İnsan  orqanizmində  orta  hesabla  120-200  qram  kalsium  vardır. Normal insanın plazmasındakı kalsiumun qatılığı  2,2-2,7 mmol-dur. Qandakı kalsiumun 45%-i albuminlərlə  birləşmiş, 50%-i ionlaşmış kalsium,  5%-i isə zəif ionlaşmış olub  sitrat sosfat və karbonat   kompleksləri  şəklində  olur .Sidik ilə ekskresiya  olmuş kalsiumun  miqdarı gün ərzində  0,1mmol/kqdan  çox olduqda hiperkalsiuriyac adlanır. Sağlam  adamlarda 2%-dən az  filtirasiya olunmuş kalsium ifraz olunur. Filtirasiya olunmuş kalsiumun əsas hissəsi proksimal kanalcıqlarda reabsorbsiya olunur.
Milli.Az immunitet.az-a istinadən bildirir ki, distal  reabsorbsiya  metobolik  asidozun, vitamin D-nin   təsirindən  güclənir  və hiperkalsiemiyaya səbəb olur. Metobolik  asidoz, hiperfosfatemiya  onun  reabsorbsiyasını  azaldır  və hiperkaliemiyaya səbəb  olur.
Sağlam  şəxslərdə  kalsiumun  gün ərzində  sidik  ilə  xaric  olunması 7,5 mmol təşkil edir. Hiperkalsiuriya müşahidə  olunan  bütün  hallarda  kalsium  daşlarının  əmələ  gəlməsi  üçün  risk  faktoru  sayılır. Daşların əmələ  gəlməsində  həmçinin  sidik  yollarının  infeksiyasına  da  böyük  əhəmiyyət  verilir.
Əgər  keçmişdə  təkcə  stafilokokk  infeksiyasına  əhəmiyyət  verilirdisə,  son zamanlar  daş  əmələ  gətirən  mikrob  kimi  proteinin  də  rolu  qeyd  olunur.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.