Cəmiyyət

Uşaqların kalsium ehtiyacını necə təmin edək?

27 Sentyabr 2016 23:15
1 Şərh     Baxış: 2 436
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Uşaqlarda kalsiumun əhəmiyyəti çox böyükdür.

Kalsium, uşaqların böyüməsi üçün,  sümük və dişlərinin möhkəm və elastik olması üçün lazım olan orqanizimimizin bir elementidir. Kalsiumla zəngin olan qidaları qəbul edən körpələr böyüdükdə çox möhkəm və düzgün qurluşlu sümüklərə sahib olurlar. Müəyyən yaşdan sonra sümüklərin əriməsinin qarşısını da kalsium alır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, lakin kalsiuma ehtiyacına görə hər yaşın öz miqdarı vardır.

1-3 yaş arasında gündə 500 mg

4-8 yaş arasında gündə 800 mg

9-18 yaş arasında gündə 1300 mg
 
Kalsium qəbul olunmalıdır.

Bu qədər kalsiumu gündəlik qidalarda necə tapmaq olar?

Süd, pendir, qatıq kimi süd məhsulları kalsiumla çox zəngindirlər.  1 su stəkanı süd 300 mg kalsium ehtiyatını özündə saxlayır. Tünd yaşıl yarpaqlı tərəvəzlər isə süd məhsullarından sonra ikinci yerdə dayanırlar.

Gün ərzində mütləq kalsium qəbul olunmalıdır. Bu səbəbdən də, uşaqlara kola əvəzinə ayran və yaxud da süd verməklə bu problemi köklü həll etmək mümkündür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.