Cəmiyyət

Bakıda iki avtomobil toqquşdu, Mercedes alışdı - VİDEO - FOTO

25 Sentyabr 2016 22:19
0 Şərh     Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bakıda yol qəzası baş verib.

Milli.Az Fövqəladə Hallar Nazrliyinin saytına istinadən verdiyi məlumata görə, Bakının  Sabunçu rayonunda vətəndaşlara məxsus VAZ markalı minik avtomobili ilə Mercedes markalı minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Yanğın nəticəsində Mercedes markalı minik avtomobilinin salonu və mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bakıda iki avtomobil toqquşdu, Mercedes alışdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.