Cəmiyyət

Dizelə yağ qatmaq olar? - VİDEO

25 Sentyabr 2016 21:22
2 Şərh     Baxış: 2 041
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Və iddia edirlər ki, bununla avtomobilin ömrünü uzadırlar. Halbuki, tam əksinə bu avtomobilə zərər verir. Üstəlik yanacağa belə müdaxilələr ekoloji cəhətdən də zərərlidir. Mütəxəsislər bununla bağlı sürücüləri xəbərdar edir.

Söhbət yanacaq növü dizel olan avtomobildən gedir. Nurlan Zeynallı həm yanacaq sərfiyyatının azalacağına, həm də mühərrikdə əlavə səs olmayacağına görə  yanacaq çəninə dizelin üzərinə mühərrik yağı əlavə edib.

Amma bir müddət sonra tam əksini görüb. Əvvəlcə avtomobildən qara tüstü çıxıb. Bir neçə gündən sonra isə mühərrik işə düşməyib.

Hazırda bir çox sürücülər bu vasitədən istifadə edirlər. Dizel yanacaqlı avtomobil sürücüləri arasında apardığımız sorğu belə deməyə əsas verir.

Avtomobi ustası Sahil Ağabəylinin sözlərinə görə, bu düzgün yanaşma deyil. Yancağa yağ qatılması birmənalı olaraq avtomobilə zərər verir.

Usta, belə halla rastlaşan sürücülərin təxminən 300-400 manat ziyana düşdüyünü deyir. Çünki, həmin detallar sıradan çıxdığı üçün onu təmir etmək olmur. Ancaq yenisini almaq lazım gəlir ki, bu da həm vaxt itkisidi, həm də maddi ziyan.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Dizelə yağ qatmaq olar?

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.