Cəmiyyət

Bu meyvəni narla səhv sala bilərsiniz - VİDEO

25 Sentyabr 2016 21:16
8 Şərh     Baxış: 3 474
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Lənkəran sakini həyətində tropik bitki sayılan ''quava'' meyvəsi əkib becərib. Vətəni Cənubi Amerika hesab edilsə də, rayon sakini onu yerli iqlimdə yetişdirə bilib. Xaricdən gətirdiyi bir ağacı çoxaldaraq artıran təssərrüfat sahibi indi ağacların hərəsindən 35-40 kiloqram məhsul əldə edir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, nara bənzəyən bu meyvə sarı və qırmızı rəngdə olur. Vətəni Cənubi Amerika hesab edilsə də qeyri adi meyvə Lənkəranda  yetişdirilib.

Söhbət, tropik bitki sayılan ''quava'' meyvəsindən gedir. Lənkəran sakini Ələddin Hüseynov xaricdən gətirdiyi bir ağacı yerli qilimə uyğunlaşdıraraq onu əkib becərə bilib.

Bir ağacı çoxaldaraq artıran təssərrüfat sahibi indi ağacların hərəsindən 35-40 kiloqram məhsul əldə edir. Tərkibində portağaldan 4 dəfə çox ''C''- vitamini olan quava meyvəsinin orqanizmi infeksion xəstəliklərdən müdafiə edir.

Elə bu səbəbdən də sözügedən bitkiyə son dövrlər həm meyvəsinə görə, həm də dekorativ ağac kimi təlabat artıb.

Təsərrüfat sahibi deyir ki, o ağacdan almaq üçün qonşu rayonlardan belə gələnlər var.

Qeyd edək ki, çox tez məhsul verməyə başlayan quava bitkisi may ayında çiçəkləyir və meyvələr mərhələlərlə yetişərək sentyabrdan- noyabra qədər dərilir.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu meyvəni narla səhv sala bilərsiniz

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.