Cəmiyyət

Ağdamda kütləvi dava: 21 yaşlı oğlanı ölümcül hala saldılar

25 Sentyabr 2016 21:09
0 Şərh     Baxış: 1 470
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağdamda kütləvi dava zamanı bir nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Zəngişalı kəndində qeydə alınıb.

Gənclər arasında baş verən münaqişə 21 yaşlı Baxşalıyev Teymur Həsən oğlunun bıçaqlanması ilə nəticələnib. T.Baxşalıyev Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, T.Baxşalıyev əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları davada iştirak edənlərin və T.Baxşalıyevi bıçaqlayanın kimliyini araşdırırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.