Cəmiyyət

Göyçayda “VAZ 2106” və “SHACMAN” toqquşub

24 Sentyabr 2016 23:42
0 Şərh     Baxış: 974
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayonunda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunda qeydə alınıb. Göyçayın Hacalıkənd kənd sakini, 1989-cu il təvəllüdlü Hüseynov Elçin Əfqan oğlu idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili qarşı tərəfdən gələn "SHACMAN" markalı yük avtomobili ilə toqquşub. Hadisə zamanı minik avtomobilinin sürücüsü Elçin Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.