Cəmiyyət

“Walt Disney” musiqiləri Heydər Əliyev Sarayında - FOTO

24 Sentyabr 2016 21:02
0 Şərh     Baxış: 676
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sentyabrın 24-də Heydər Əliyev Sarayında "Baku Sinfonietta" orkestrinin iştirakı ilə "Broadway Night Show" adlı konsert proqramı təşkil olunub.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, konsertdə tamaşaçılara sevilən "Walt Disney" musiqiləri təqdim olunub.

Konsertdə, həmçinin maraqlı və baxımlı olan, rəngarəng süjet xətti ilə seçilən "Aslan Kral" (The Lion King), "Cəngəlliklər kitabı" (The Jungle Book), "Gözəl və bədheybət" (Beauty and the Beast), "Ələddin" (Aladdin), "Su Pərisi"(The Little Mermaid), "Mulan" (Mulan), "Pinokkio" (Pinocchio), "Anastasiya" (Anastasia) və digər ən məşhur "Walt Disney" cizgi filmlərindən kompozisiyalar səsləndirilib.

"Baku Sinfonietta" orkestrinə dirijor, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadə rəhbərlik edib.

Konsert çərçivəsində "O səs Türkiyə" müsabiqəsinin qalibi Elnur Hüseynov və "Səs Azərbaycan" müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyova biri-birindən maraqlı və möhtəşəm musiqi nömrələri səsləndiriblər.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.