Cəmiyyət

Seyidlərə sədəqə vermək olarmı?

25 Sentyabr 2016 22:45
7 Şərh     Baxış: 1 935
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, seyidlərə sədəqə düşməz. Özünə hörmət edən seyid xalqdan sədəqə almaz. Həzrət Mühəmməd Peyğəmbərə (s) də insanlardan sədəqə almaq haram idi. O həzrət sədəqəni qaytarar, hədiyyəni qəbul edərdi. Seyidlər də Peyğəmbər nəslindən olduqları üçün onlara sədəqə almaq haramdır. Hətta fitrə zəkatını belə, seyid olmayan şəxsin seyidə verməsi düzgün deyil. Fəqir seyid yalnız seyiddən fitrə zəkatı ala bilər.

Seyidlər üçün xümsün yarısı nəzərdə tutulub. Belə ki, seyid və ya qeyri-seyid olmasından asılı olmayaraq, xüms verən hər kəsin xümsünün yarısı ehtiyaclı fəqir seyidlərə verilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.