Cəmiyyət

Oğlan uşağını idman məşqlərinə yazdırmaq olarmı?

25 Sentyabr 2016 19:15
6 Şərh     Baxış: 2 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslam insanların həm mənəvi, həm də fiziki baxımdan sağlam olmasını istəyir. Dinimizdə sağlamlıq məqsədi ilə idmanla məşğul olmaq çox bəyənilir. Ona görə də uşağı kiçik yaşlarından sağlam böyütmək, faydalı idman növləri ilə tanış etmək yaxşı əməldir. Milli.Az islam.az-a istinadən bildirir ki, amma bu zaman bəzi qaydaları gözləmək lazımdır. Əvvəla, məşğul olduğu idman növləri haram olmamalıdır. Məsələn, uşaqda qəddarlıq yaradan, başqasına fiziki zərər yetirməklə nəticələnən idman növləri ilə məşğul olmaq olmaz. Burada niyyət də əsasdır. Uşaq bilməlidir ki, güləş, boks, karate və s. bu kimi idman növlərini başqalarını döymək və yaşıdlarının yanında lovğalanmaq üçün yox, sağlamlıq məqsədilə, özünü və ətrafındakı insanları təhlükədən qorumaq üçün öyrənmək lazımdır. Bir də buna diqqət yetirmək lazımdır ki, idman məşqləri uşağa hədsiz fiziki yük verməsin, məktəbdəki dərslərinə əngəl yaratmasın. Peyğəmbərimız uşaqlara üzgüçülük, ox atmaq, at çapmaq, güləş kimi faydalı işləri öyrətməyi məsləhət görürdü.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.