Cəmiyyət

Tələbələrin dövlət universitetlərinə üz tutmasının səbəbi var - VİDEO

31 Avqust 2016 22:50
1 Şərh     Baxış: 1 812
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Özəl universitetlərə maraq azalıb. Hətta elə universitetlər var ki plan yerlərinin cəmi 11, bəzilərinin isə 25 faizi dolub. Ümumilikdə isə özəl ali təhsil müəssisələrindəki plan yerlərinin təxminən 58 faizi boş qalıb. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, vətəndaşlar isə özəl ali təhsil müəssisələrinə marağın bu cür azalmasını təhsil haqqının yüksək olması ilə əlaqələndirirlər.

Təhsil eksperti Əjdər Ağayev deyir ki, əksər universitetlər qeydiyyat zamanı illik ödənişi də tələb edir. Qısa müddət ərzində bu vəsaiti tapa bilməyən abituriyentlər də qeydiyyatdan imtina etmək məcburiyyətində qalır. Bu zaman müəyyən güzəştlərin tətbiqi ilə tələbə cəlb etmək olar.

Ekspert digər çıxış yolunu isə təhsil haqqının aşağı salınmasında görür.

Bəzi özəl universitetlərdən bildirildi ki, yaranmış vəziyyətlə əlaqədar olaraq yeni tədris ilində təhsil haqlarını 20-25 faiz endirmək qərarına gəliblər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tələbələrin dövlət universitetlərinə üz tutmasının səbəbi var

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.