Cəmiyyət

Sürücülər yazılan cərimələrlə razılaşmırlar - VİDEO

31 Avqust 2016 22:15
2 Şərh     Baxış: 1 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Təmiz hava" aylığının sonuncu günü Samux rayonunda yoxlamadan keçirilən nəqliyyat vasitələrinin əksəriyyətinin atmosferi çirkləndirdiyi məlum olub. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bunun müqabilində yazılan protokol və cərimələr isə təbii ki, avtomobil sahiblərinin ürəyincə olmayıb.

Sürücülər yazılan cərimələrlə razılaşmırlar. Bəziləri polislərin ədalətsiz davranmasından şikayətlənir. Daxili İşlər ilə Ekologiya və Təbii Sərvətlər Nazirliklərinin əməkdaşları Samuxda da nəqliyyat vasitələrinin atmosferə buraxdığı dəm qazını yoxlayıblar.

Avtomobilləri texniki tələblərə cavab verməyən sürücülər bir qayda olaraq yazılan 50 manatlıq cərimə protokolunu birmənalı qarşılamayıblar. Protokola imza atmaqdan imtina edən sürücülər də olub.

Ümumilikdə gün ərzində keçirilən reyd zamanı 9 avtomobilin havanı çirkləndirdiyi müəyən edilib və sürücülər barədə tədbir görülüb.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Sürücülər yazılan cərimələrlə razılaşmırlar

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.