Cəmiyyət

Artıq çəkidən azad olmaq xərçəng riskini azaldır

1 Sentyabr 2016 08:45
2 Şərh     Baxış: 1 274
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Alimlərin keçirdiyi araşdırmalar nəticəsində məlum olub ki, insanlar artıq çəkidən azad olan zaman, həm də xərçəng xəstəliyinin riskini də azaldırlar.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, alimlər qeyd ediblər ki, artıq çəkidən azad olan zaman, orqanizmdə onkoloji xəstəliklərin yaranmasında iştirak edən zülallar da azalır.
VEGF, PAI-1 və PEDF zülalları şiş ətrafında yaranan qan damarlarının inkişaf etməsinə səbəb olur. İnsan artıq çəkini itirdikdə, bu zərərli zülallarda yox olur. Alimlərin sözlərinə görə, artıq çəkidən azad olunan zaman, insan xərçəng xəstəliyinin qarşısını 25% alır. İnsanlar kökələn zaman, yeni qan damarları yaranır. Bu qan damarları hüceyrələri oksigen və qidalandırıcı maddələrlə təmin edir. Bu zülalların birbaşa olaraq xərçəng xəstəliyinə səbəb olub-olmaması, hələ ki, məlum deyil. Lakin bu zülalların şiş ətrafında yaranan qan damarlarının inkişaf etdirməsi, sübut olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.