Cəmiyyət

Pirallahıda böyük şəhərcik salınacaq - VİDEO

29 Avqust 2016 21:38
5 Şərh     Baxış: 2 839
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Paytaxtın Pirallahı rayonu Gürgən qəsəbəsi ərazisində yeni şəhərcik salınacaq. Artıq şəhərciyin layihəsidə hazırdır. Pirallahı Rayonu İcra Hakimiyyətindən verilən məlumata görə, şəhərcik üçün Gürgən qəsəbəsi ərazində 750 hektar ərazisində ayrılıb.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, yeni salınacaq şəhərcikdə 35 ədəd 20 mərtəbəli, 49 ədəd 15 mərtəbəli, 338 ədəd 10-12 mərtəbəli, 100 ədəd 7 mərtəbəli, 85 ədəd 5 mərtəbəli, 56 ədəd 4 mərtəbəli, 44 ədəd 2 mərtəbəli binanın tikilməsi planlaşdırılıb.

Layihədə dənizlə birləşdirəcək parkların salınması, bir kilometr uzunluğunda yeni yolun çəkilməsi işləridə planlaşdırılır. Qəsəbədə su idman növlərinin inkişafı üçün müvafiq tikili və qurğuların qurulması üçün tədbirlər görüləcək. Gürgən qəsəbəsində 1860-cı ildə inşa edilmiş mayakın əsaslı təmir işləri də nəzərdə tutulub.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Pirallahıda böyük şəhərcik salınacaq

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.