Cəmiyyət

Pendirin faydaları

30 Avqust 2016 08:48
4 Şərh     Baxış: 5 054
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pendir yüksək kalorili qida məhsuludur. O, südün mayalanmasından əldə edilir. Adətən açıq-sarı rəngdə, deşikli və deşiksiz olur.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, pendirin tərkibində yüksək zülal payı (25%), yağ (60%-ə qədər) və mineral maddələr (3,5 %-ə qədər) vardır. Pendirin tərkibində olan zülallar insan orqanizimində südə nisbətən daha yaxşı həzm olunurlar. Pendirdə olan ekstraktlar dəmirin həzminə və yaxşı iştahın yaranmasına şərait yaradır. Onun təşkilediciləri orqanizm tərəfindən tam həzm olunur. Pendirdə A, D, E, B1, B2, PP, C və başqa vitaminlər mövcuddurlar. Yağın tərkibindən asılı olaraq 100 q pendirdə enerji ehtiyatı 200-400 kkal arasında yerləşir. Pendirə həm də südə olan elementlərin konsentratı kimi baxmaq olar: buraya zülallar, yağlar, mineral maddələr, kalsium, fosfor da daxildir.

Pendirlərin hazırlanması zamanı istifadə edilən südün tərkibi (qoyun, keçi, inək), istehsal prosesi (temperatur, ölçü), əlavə olunan dadvericilər, bakteriyalar, göbələklər, sonrakı emalı (barlanma, duzda saxlama) və yetişmə vaxtından asılı olaraq dadına və kondinsesninə görə müxtəlif pendir növləri əldə edilir. Hər bir pendir növü üçün də xüsusi pendir bıçağı mövcuddur.

Pendirlər bərk, yarımbərk, yumşaq, toz və ərinmiş şəkildə mövcuddurlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.