Cəmiyyət

Bu qidalar başınızı ağrıda bilər

30 Avqust 2016 08:35
8 Şərh     Baxış: 1 606
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əgər miqren xəstəliyinə düçar olmusunuzsa, gərək bəzi qidalardan çəkinəsiniz və ifrat etməyəsiniz.

Pendir.
Bəzi mütəxəssislərin nəzərinə görə pendir baş ağrısına səbəb olan qidalardan biridir. Tədqiqatlar göstərir ki, bəzi pendirlərin tərkibində olan turşular miqrenin şiddətlənməsinə səbəb olar. Ona görə də bu insanlar gərək pendirə qarşı diqqətli olsunlar.
 
Yağlı qatıq.
Milli.Az deyerler.org-a istinadən bildirir ki, aparılan tədqiqatlar göstərmişdir ki, qandakı yağların səviyyəsi çox olarsa, baş ağrısına yol aça bilər. Mütəxəssislər 12 həftə 54 miqren xəstəsi üzərində tədqiqat aparıblar. Onların yediklərini araşdırıblar. Sonra qidalarındakı yağın miqdarını 20 qr. azaldıblar. Nəticədə baş ağrısı azalmışdır. Ona görə də yağlı qatıq da qanda yağın səviyyəsini qaldıra bildiyi üçün ondan çəkinin.
 
Dondurma.
145 nəfərin üzərində aparılan tədqiqatın nəticəsində bu nəticəyə gəlib çatıblar ki, dondurma baş ağrısı üçün amil ola bilər. Xüsusilə də əgər onu sürətlə bitirməyə çalışarsa. Mütəxəssislər söyləyir ki, dondurma miqrenə səbəb olmaz, ancaq ani ağrı yarada bilər. Ona görə də miqren xəstələri gərək onu yavaş yesinlər, tələsməsinlər.
 
Şokolad.
Mütəxəssislər 63 xəstə üzərində apardıqları tədqiqar nəticəsində bu nəticəyə gəlib çıxıblar ki, 4 nəfər xəstə şokoladı çox yediyinə görə başqalarına nisbətən daha çox baş ağrısına düçar olmuşdur. Qalanlarının ağrısı isə onlara nisbətən yüngül olmuşdur.
 
Çəkiyə diqqət edin.
Artıq çəki bədən üçün həmişə əlavə yük olmuşdur. Ona görə də bəzi xəstəliklərin yaranmasına həmişə şərait yaratmışdır. Kök insanlar arasında aparılan tədqiqatlar göstərir ki, arıq insanlara nisbətən daha çox miqren ağrısına düçar olublar. Lakin artıq çəkinin atandan sonra bu ağrıların səviyyəsi azalmışdır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.