Cəmiyyət

Yay aylarında hansı qidalardan istifadə etmək məsləhətdir?

30 Avqust 2016 08:15
2 Şərh     Baxış: 1 067
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Havaların istiləşməsinin insan sağlamlığında bir çox problemin yaranmasına səbəb ola biləcəyini deyən həkimlər yay aylarında qida rasionu ilə bağlı bəzi tövsiyələr edirlər.Belə ki, mütəxəssislər yay aylarında səhər yeməyində az yağlı pendir, zeytun və təzə tərəvəzdən daha çox istifadə etməyi məsləhət görürlər. Digər tərəfdən, tərkibində kofein olan içkilər əvəzinə süd, meyvə suyu və bitki çayları tövsiyə edilir. Habelə, yeməkləri qızartmaq əvəzinə, onları öz suyunda qaynadaraq bişirmək də qida üzrə mütəxəssislərin tövsiyələrindəndir.

Milli.Az azerimuslims.com-a istinadən bildirir ki, gündən ən azı 5 porsiya meyvə-tərəvəz istifadə edilməsinin vacib olduğunu bildirən mütəxəssilər, xəmir xörəkləri və şirniyyat əvəzinə südlü, eləcə də meyvəli şirniyyatlar və dondurma yeməyi məsləhət görürlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.