Cəmiyyət

Həkimlər xəbərdarlıq edirlər - VİDEO

28 Avqust 2016 23:53
1 Şərh     Baxış: 4 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bədənlərinin müxtəlif nahiyələrində problemlə qarşılaşanlar onları estetik əməliyyatlara aradan qalıdırırlar.

Amma bəzən əməliyyata gedənlərin yaş həddi gözlənilmir. Hətta bu çox vaxt valideynlərin istəyi ilə baş verir. Amma həkimlər xəbərdarlıq edirlər: gələcəkdə ciddi fəsadlar ortaya çıxa bilər.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, estetik əməliyyatların yaşı azalır. Azərbaycanda estetik əməliyyat etdirmək istəyənlərin sayında ilbəil artsada, bunlar arasında hətta 12 yaşında belə görkəmini dəyişmək üçün cərrahlara müraciət edənlər var.

Amma bu cür əməliyyatlarIn nəticələri heç də həmişə müsbət olmur. Çünki uşaq və yeniyetmələr inkişaf dövrünü tamamlamamış bunu etdirəndə təhlükə riski də böyük olur.

Həkimlərin sözlərinə görə normal yaşda olunan əməliyyatlarda sonrakı risk 5-8 faizidirsə bu əməliiyatlardakı risk 30-40 faizdən belə çoxdur.

Həkimlər deyir ki bu adətən valideynlərin istəyi ilə olur. Baxmayaraq ki, onlara bunun riskləri ilə bağlı əvvəlcədən xəbərdarlıq da edilir.

Həkimlər deyir ki, yeniyetmə və uşaqların əməliyyatlarında yalnız qulaq əməliyyatlarını hayətə keçirmək olar.

Üz nahiyyəsindəki digər əməliyyatlarda isə 18 yaşın tamam olmasını gözləmək lazımdır. Bu həm də ona görə lazımdır ki, bu yaşda insan öz xarici görnüşü ilə bağlı müstəqil qərar verə biləcək yetkinlikdə olur.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Həkimlər xəbərdarlıq edirlər

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.