Cəmiyyət

Bu yolda avtomobili kim necə gəldi sürür - VİDEO

28 Avqust 2016 22:32
1 Şərh     Baxış: 2 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəl dönməyə icazə verilən yer indi beton pilitələrlə bağlanıb və sürücülərə başqa alternatif təqdim olunub. Söhbət Bakı-Quba yolunda şimal istiqamətində gedərkən ceyranbatan qəsəbəsinə dönən yerdən gedir. Sürücülər bu dəyişikliyin işlərini daha da çətinləşdirdiyini və qəza riskini artırdığını idida edir. Azəravtoyol isə əksinə, bundan sonra nəqliyyatın daha rahat hərəkət edəcəyini bəyan edir.

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, qəza baş verir, tıxac yaranır. Bu yolda avtomobili kim necə gəldi sürür.

Söhbət Bakı-Quba-Rusiya Federasiyası yolunun Ceyranbatan qəsəbəsi istiqamətindən gedir. Belə ki,əvvələr Paytaxtdan Sumqayıt istiqamətinə hərəkət edən avtomobillər Ceyranbatan qəsəbəsinə daxil olmaq üçün giriş hissədən bir neçə metr aralıda olan bu yerdən dönərək qəsəbəyə gedirdilər.

Ancaq,Ceyranbatan qəsəbəsindən Saray postuna doğru 1 kilometr məsafədə yolda təmir işləri getdiyindən əvvələr dönməyə icazə verilən bu yer daş löhvələrlə bağlanıb ki, buradan da keçmək mümkün olmur.

Sürücülər isə Sumqayıt istiqamətindən gələn avtomobillərin yoluna daxil olub qəsəbəyə gedirlər.Belə vəziyyətdə isə, xüsusən axşam saatlarında tıxac yaranır. Sürücülər deyir ki, problem tək tıxacla bitmir. burada tez tez yol nəqliyyat hadisəsi baş verir.

Problemlə bağlı ''Azəravtoyol'' Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli "XəzərXəbər"ə bildirdi ki,yolda problemin yaranmasına səbəb elə sürücülərin özləridir.Çünki, həmin ərazidə Bakı istiqamətindən gələn sürücülərin qəsəbəyə daxil olaraq həm digər nəqliyyat vasitələrinə mane yaratmaması ,həm də yolda sıxlığın yaranmaması üçün əraziyə manelər qoyulmuşdu. Onlar ,ancaq bir neçə metr aralıda olan yol ötürücüsünün üzərindən hərkət etməklə qəsəbəyə daxil ola bilərdilər. Bununla belə əməkdaşlar əraziyə baş çəkib məsələni yerində araşdırıacaqlar. Ehtiyac olduğu təqdirdə hərəkət istiqamətində dəyişiklik edilə bilər.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bu yolda avtomobili kim necə gəldi sürür

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.