Cəmiyyət

Nazirlər Mürəbbə festivalında – FOTO

28 Avqust 2016 18:06
3 Şərh     Baxış: 3 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

IV Beynəlxalq Mürəbbə Festivalı Qəbələdə keçirilib.

Azərbaycan mədəniyyətini və milli kulinariyasını təbliğ etmək məqsədi ilə "Meyvələrin bəhsi" adlı IV Beynəlxalq Mürəbbə Festivalı keçirilib.

Milli.Az musavat.com-a istinadən bildirir ki, ötən il olduğu kimi, bu il də festival Qəbələdə keçirilib.

Xarici ölkələrlə yanaşı, ölkəmizin müxtəlif bölgələrindən olan komandalar festivalda yarışmaq üçün bir araya toplaşıb. Səkkiz nəfərdən ibarət komanda üzvləri 8 növ mürəbbə hazırlayaraq münsiflərə təqdim ediblər. Festivalda mürəbbə ilə yanaşı, un məmulatları, şərablar, əl işləri, rəsm əsərləri də nümayiş edilib.

Qəbələ Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin, Azərbaycan Milli Kulinariya Assosiasiyasının dəstəyi ilə keçirilən mərasimdə dövlət rəsmiləri, turistlər və yerli sakinlər iştirak edib.

Festival Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədriFəttah Heydərov, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin və festivalın münsiflər heyətinin sədri, Özbəkistan Aşpazlar Assosiasiyasının prezidenti Əkbər Umarovun mərasimə qatılması ilə açıq elan edilib. 

Mürəbbələrin ən yaxşı təqdimatına görə xarici ölkələr arasında Ukrayna birinci, Şimali Kipr ikinci yeri tutub.

İran ən yaxşı mürəbbə müsabiqəsində birinci, Çin ikinci olub. Mürəbbələrin növ müxtəlifliyinə görə Özbəkistan birinci, Türkiyə ikinci yeri tutub. 

Azərbaycanın bölgələri arasında Zaqatala (ərik), Zərdab (gilas), Qəbələ (gavalı), İsmayıllı (böyürtkən), Şəki (heyva), Gəncə (çiyələk), Qazax (qoz), Gədəbəy (gül) qalib olub.  

Ən qeyri-adi mürəbbənin hazırlanmasına görə Balakən rayonu (cökə mürəbbəsi), ən çox mürəbbə təqdimatına görə Bakı komandası, ən yaxşı təqdimata görə Xaçmaz iştirakçıları birinci seçilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.