Cəmiyyət

Funikulyor yenə işləmir - VİDEO

27 Avqust 2016 21:36
2 Şərh     Baxış: 2 764
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sözügedən nəqliyyat vasitəsindən istifadə edən sərnişinlər ya dağüstü parka pilləkənlə qalxır, ya da taksi ilə. Sakinlər və şəhərin qonaqları yayın istisində pilləkənlə qalxmağın çətin olduğunu deyirlər.

Ya pilləkənlə qalxırlar, ya dakı taksi ilə...

Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, Bakı Funikulyorunun işləməməsi "Azneft" meydanından Dağüstü parka qalxmaq istəyən paytaxt sakinlərini çətin vəziyyətdə qoyub. Paytaxt sakinləri və şəhərin qonaqları yayın istisində Dağüstü parka pilləkənlə qalxırlar. Bu da həm yaşlı, həm də uşaqlar üçün çox çətindir.

Bir aya yaxındır ki, işləməməsinə baxmayaraq, funikulyorun qarşısında işləməməsi barədə heç bir məlumat yazılmayıb. Ancaq həvəslə funikulyora yaxınlaşanlara mühafizəçi işləmədiyini deyib yandakı pilləkənləri göstərir.

Funikulyordan istifadə etmək istəyənlər arasında əcnəbilər də çoxdur. Türkiyədən gələn bu ailə paytaxtı dağüstü parkdan görmək istədiklərini deyirlər.

Problem ilə bağlı Bakı Funikulyor İdarəsindən bildirdilər ki, Avropa istehsalı olan qatarın bir detalı sıradan çıxıb. Hazırda detal Avstriyadan sifariş edilib. Yaxın vaxtlarda təmir edildikdən sonra funikulyor sərnişinlərin istifadəsinə veriləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Funikulyor yenə işləmir

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.