Cəmiyyət

Namaz insanın ruhunu pak edərsə, qəbul olar

28 Avqust 2016 11:40
1 Şərh     Baxış: 892
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmam Sadiq (ə) buyurur: "İnsanın hesab verəcəyi ilk şey - namazdır. Əgər namazı qəbul olarsa, başqa əməlləri də qəbul olar. Əgər rədd edilərsə, başqa əməlləri də qəbul olmaz. Ona görə də nə zaman namaz qılsan, qəlbində Sübhan Allaha diqqət et ki, dua və namazın qəbul olsun. Allah da möminlərin qəlbləri ilə sənə üz çevirsin".

Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran namazı və namazqılanı çox gözəl şəkildə təsvir etmişdir. "Həqiqətən, insan olduqca həris və kəmhövsələ yaradılmışdır. Ona bir zərər və ziyan üz verdikdə, dözməz. Ona bir xeyir yetişdikdə, xəsis və simic olar. Namaz qılanlardan savayı". ("Məaric" 19-22).
Bu ayələrdən görünür ki, namaz insanı bu kimi rəzil sifətlərdən hifz edir və qoruyur. İnsanın kamal və fəziləti namazladır. Çünki namaz insana bir çox fəzilətlər qazandırır və bir çox rəzil sifətlərdən onu xilas edir.
İmam Əli (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Mən təəccübdəyəm o kəs üçün ki, evinin qarşısında bulaq vardır və gecə-gündüz beş dəfə bu bulaqda yuyunar, ancaq yenə də çirkli qalar. Namaz bulaq kimidir və insan beş dəfə orada yuyunar".
Namaz insanı pak edən kövsərdir. Əgər biz bu paklığı hiss etmirilksə deməli, namazımız həqiqi deyildir. Ola bilsin ki, bütün qaydalarına əməl edirik və namazımız düzdür, ancaq qəbul olmayan namazdır. Çünki o namaz qəbul olar ki, insan ruhunu pak və təthir edər. Allah da başqalarının qəlbini sizə görə xəbərdar edər. Siz başqalarının məhbubuna çevrilərsiniz.
Namaz dualarımızın qəbul olması üçün şərait yaradar. Əgər möminlərin bizim çətinliyimizi həll etməsində yardımını istəyiriksə, bizim üçün dua etsinlər. Xüsusilə də namaz zamanı.
O zaman ki, insan namaz zamanı qəlbinin, qulağının yüyənini boş buraxar, namazı həqiqi olmaz. Ancaq əgər diqqətini toplayarsa, düşmənin hücumunun qarşısını alar. Mühüm odur ki, insan özünü bu düşməndən qorusun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.