Cəmiyyət

Göyçayda 80 yaşlı kişini ilan sancdı

25 Avqust 2016 23:44
1 Şərh     Baxış: 1 248
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Göyçay rayon sakinini ilan sancıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Göyçay şəhərinin A.Məmmədxanlı küçəsindəki 18 saylı evin həyətində baş verib. Şəhər sakini 1936-cı il təvəllüdlü Xudiyev Tahir Abil oğlu həyətdə gəzərkən çəmənlikdəki ilan qəflətən onu sancıb. Tahir Xudiyev təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
O, hazırda xəstəxanada müalicə olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.