Cəmiyyət

Hərbi Dəniz Qüvvələrinin təlimləri başa çatdı - FOTO

25 Avqust 2016 18:49
0 Şərh     Baxış: 1 042
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 22-dən Hərbi Dəniz Qüvvələrində başlayan təlimlər bu gün sona çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, 3000 nəfərədək şəxsi heyət, 30-dan artıq döyüş gəmisi, katerlər, 20-dək döyüş təyyarəsi, helikopterlər və 20-dən çox raket-artilleriya qurğusunun iştirakı ilə baş tutan təlimlər bir neçə mərhələdə həyata keçirilib.
 
Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Raket və Artilleriya Qoşunlarının qüvvə və vasitələri, eləcə də xüsusi təyinatlıların cəlb olunduğu təlimlərdə şəxsi heyət qarşılıqlı əlaqədə təlim-döyüş tapşırıqlarını yerinə yetirib.
 
Təlimlərin döyüş atışlı əsas mərhələsində şərti düşmənin hədəfləri məhv edilərək qarşıya qoyulan tapşırıqlar uğurla icra edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.