Cəmiyyət

Badamcıq iltihabına yaxşı təsir edən vasitələr

27 Avqust 2016 23:40
0 Şərh     Baxış: 4 008
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tonzillit - badamcıq iltihabı olduqca narahatedici bir xəstəlikdir.
Uşaqlarda daha çox müşahidə olunan bu xəstəliyə yetkinlər arasında da rast gəlinir. Bəs badamcıq iltihabına nə yaxşı təsir edir?
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, prof. dr. İbrahim Saraçoğlu boğaz ağrıları və badamcıq şişməsinə qarşı ebegümeci (Amber çiçəyi) və adaçayını (sürvə - şalfey) məsləhət görür.
Beləliklə, İbrahim Saraçoğlunun tövsiyə etdiyi müalicə kursu:
1 stəkan qaynanmış suyun içinə 1 paket adaçayı və 2 ədəd ebegümecinin yarpağını atın. Bu çayın dəmlənməsi üçün 10 dəqiqə gözləyin.
Çay dəmləndikdən sonra süzülür və badamcıq iltuhabı yüngül olan insanlarda gündə 3 dəfə, ağır olanlarda isə 6-7 dəfə qarqara edilməsi məsləhət görülür.
Müalicə kursu 1 ay boyu tətbiq edilə bilər.
Həmçinin xəstəlik əsnasında hər gün 1 stəkan adaçayı da içilə bilər.
Ancaq bu alternativ müalicə metodlarını həkiminizlə məsləhət etmədən tətbiq etməyin.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.