Cəmiyyət

Ana və ya körpə xəstələnərsə...

27 Avqust 2016 19:40
5 Şərh     Baxış: 2 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Südəmər körpəniz çox vaxt sizi xoşbəxt və sağlam olması ilə sevindirəcəkdir.
Südünüz soyuqdəymə və qrip virusları ətrafda dolaşarkən ana südü vasitəsilə aldığı immunoloji qoruma sayəsində körpənizin onlara daha az yaxalanma ehtimalına səbəbdir. Hətta südverən ana xəstə olsa belə, uşağın süd əmməyə davam etməsi ən yaxşı haldır.
Milli.Az vib.az-a istinadən bildirir ki, körpə artıq xəstəliyə səbəb olan mikrobların hücumuna uğrayıb və ana südü onu bu hücumdan qoruyacaqdır. Tələb olduqda, süd verən ananın orqanizmi körpəsinin məruz qaldığı mikroblara qarşı anti-cisimlər əmələ gətirir.
Bəs əgər körpəniz soyuqdəymə, qulaq ağrısı, qusma və ya ishal kimi və ya daha ciddi nasazıqlara məruz qalarsa necə? Körpənizin xəstəliyi nə qədər ciddi olursa olsun, o demək olar ki həmişə süd yeməyə davam edə bilər.
Metabolik pozğunluqdan əziyyət çəkən körpələr istisna olmaqla, sizin südünüz xəstə körpə üçün ən yaxşı qidadır. Ana südü asanlıqla həzm olunan mükəmməl qidadır və körpənin orqanizmini infeksiyaya qarşı mübarizə aparmağa kömək edən anti-cisimlərlə təmin edir.
Soyuqdəymə və qulaq infeksiyaları
Araşdırmalar göstərir ki, südəmər körpələr tənəffüs yolları və qulaq infeksiyalarına daha az yaxalanırlar. Amma bu o demək deyil ki, sizin körpəniz bu infeksiyalara yaxalanmayacaqdır. Soyuq dəymiş, boğazı ağrıyan və ya qulağına infeksiya düşmüş körpə süd əmməkdə çətinlik çəkə bilər. Belə vəziyyətlərdə aşağıdakı tövsiyyələr köməyinizə gəlmiş olar:
- Körpəni əmizdirməzdən əvvəl, onu qısa müddət slinq və ya "kenqurunun" köməyi ilə dik vəziyyətdə tutun. Bu onun burnundakı seliyi çıxarmağa kömək edə bilər.
- Körpəni yarımdik vəziyyətdə əmizdirin. Çünki qulaq infeksiyasına yaxalanmış körpəni uzanıqlı vəziyyətdə əmizdirdikdə, körpənin qulağına təzyiq düşə bilər.
- Süd verməzdən əvvəl, körpənin burnunu yumşaq rezin selik təmizləyicisi ilə təmizləyin.
Bütün bunlardan sonra körpə yenə də döşü rahat əmə bilmirsə, südünüzü əliniz və ya südsağan köməyi ilə sağın və onu körpəyə qaşıq, fincan və ya damcıtökənin köməyi ilə içirin. Əlbəttə ki, əgər körpənin qızdırması qalxarsa və ya bir neçə saat ərzində süd əmməkdən imtina edərsə, həkiminizlə əlaqə saxlayın.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.