Cəmiyyət

Soyuq su ilə duş qəbul etməyin inanılmaz faydaları

27 Avqust 2016 22:20
18 Şərh     Baxış: 11 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İlk eşitdiyiniz zaman içinizdən titrətmə keçə bilər, amma soyuq duş qəbul etməyin faydaları olduqca çoxdur.

İmmunitet sistemini gücləndirir

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, soyuq su ilə duş qəbul etməyin immunitet sistemini gücləndirdiyini göstərən saysız araşdırmalar mövcuddur. Soyuq su titrəməyə səbəb olduğu üçün metabolik sürəti artırır və immunitet sistemini aktivləşdirir.

Arıqladır

Bədəniniz soyuğa məruz qaldıqda isinmək üçün daha çox enerji istehsal etməsi lazım gəlir. Nəticədə də isinməyə çalışarkən daha çox yağ əridir və arıqlamağa yardımçı olur.

Qan dövranını sürətləndirir

Soyuq su ilə duş qəbul edənlərin qan dövranının daha sürətli olduğu qeyd edilir. Soyuq su qan axınını həyati orqanlara yönləndirir və bədənin daha effektiv şəkildə qan dövranını təmin edir.

Depressiyaya qarşı təsirlidir

Soyuq suyun depressiyanın simptomlarını azaltdığı müəyyən edilib. Depressiv zamanlarda soyuq suyun altında bir müddət dayanmağın insanın özünü daha yaxşı hiss etməsinə səbəb olduğu aşkar olunub.

Dəri və saçların parıldamasını təmin edir

Soyuq su açıq məsamələrin daralmasını təmin edir. Bu sayədə də daha sağlam və parlaq bir dəriyə sahib olursunuz. Həmçinin soyuq su ilə duş qəbul edənlərin saçlarının daha parlaq göründüyü qeyd edilir.

Testesteron səviyyəsini arttırır

Soyuq duş qəbul edən kişilərdə testesteron səviyyəsinin daha yüksək olduğu məlum olub.

Spermanın keyfiyyətini yüksəldir

İsti su və isti mühit spermanın keyfiyyətini azaldır. Övlad sahibi olmaq istəyirsinizsə, soyuq duş qəbul etməyiniz məsləhət görülür.

Daha keyfiyyətli yuxunu təmin edir

Yuxu problemi olanlara soyuq duş qəbul etmələri tövsiyə olunur. Çünki soyuq suyun səbəb olduğu şokdan sonra bədən rahatlayır və yuxuya getməkdə çətinlik çəkmək kimi problemlər aradan qalxır.

Nəfəs alıb-verilməsini nizamlayır

Soyuq suya məruz qaldıqda daha dərin nəfəs alma ehtiyacı hiss edirsiniz. Bunun sayəsində ağciyərləriniz açılır və bu da daha çox oksigen qəbul edilməsini təmin edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.