Cəmiyyət

12 imamdan başqa insanlara, məsələn, Qəzzaliyə, Xomeyniyə niyə imam deyirlər?

27 Avqust 2016 20:10
2 Şərh     Baxış: 1 336
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

12 imamdan başqa insanlara, məsələn, Qəzzaliyə, Xomeyniyə niyə imam deyirlər?

Milli.Az islam.az-a istinadən bildirir ki, "İmam" sözünün lüğəti mənası "başçı, rəhbər" deməkdir. Şiə aləmində Allah tərəfindən Həzrət Mühəmməd Peyğəmbərin (s) canişini təyin edilmiş 12 məsum şəxsə "imam" deyirlər. Amma ümumi mənada camaat namazına başçılıq edən adamı da "imam" və ya "imam-camaat" adlandırırlar. Həmçinin, bir millətin və ya ümumilikdə müsəlman ümmətinin lideri olmuş, siyasi və dini rəhbərlik məqamını daşımış şəxslərə də bu ləqəblə müraciət edilir. Məsələn, İslam ümmətinin maariflənməsi üçün böyük xidmətlər göstərmiş Mühəmməd Qəzzali, İran İslam İnqilabına başçılıq etmiş Ruhullah Xomeyni, Şimali Qafqaz xalqlarının rus işğalçılarına qarşı mübarizəsinə rəhbərlik etmiş Şeyx Şamil və başqaları da "imam" adı ilə tanınırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.