Cəmiyyət

İkinci evlilik zamanı kişi öz birinci arvadından icazə almalıdırmı?

28 Avqust 2016 23:20
18 Şərh     Baxış: 7 081
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İkinci evlilik zamanı kişi öz birinci arvadından icazə almalıdırmı?

Milli.Az islam.az-a istinadən bildirir ki, İslam şəriətinə görə, bu zaman kişinin öz birinci həyat yoldaşından icazə alması və ya onu xəbərdar etməsi vacib deyil. Amma əgər kəbin kəsilən zaman qadın ikinci arvad almamağı şərt kimi qoymuş olsa, bəzi müctəhidlərin (məsələn, Ayətullah Sistani, mərhum Təbrizi, Safi) fikrincə kişi bu şərtə əməl etməlidir. Həmçinin, qadın kəbin zamanı şərt qoya bilər ki, əgər əri ikinci arvad alsa, o (yəni birinci arvad) kişinin vəkilliyini öhdəyə alıb, özünə talaq versin. Bu halda qadın kişinin adından öz talağını oxutdura bilər. Bəzi müctəhidlər qeyri-müsəlman qadınla siğə edən zaman kişinin öz həyat yoldaşından icazə almasını şərt bilirlər.

Bunu da qeyd etməyi lazım bilirik ki, kişilər şəriətin onlara verdiyi bu hüquqdan sui-istifadə etməsələr və öz həyat yoldaşlarının hissiyyatına hörmətlə yanaşsalar, böyük savab qazanarlar. Kişilər unutmasınlar ki, Həzrət Mühəmməd Peyğəmbər (s) Xədicə ilə 25 il ömür sürüb və bu 25 il boyunca başqa qadınla evlənməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.