Cəmiyyət

Mehriyyənin miqdarı nə qədər olmalıdır?

28 Avqust 2016 17:20
2 Şərh     Baxış: 1 272
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mehriyyənin konkret məbləği dini hökmlərdə müəyyən edilməyib. Bu məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) öz qızı Fatiməni (ə) Əli ibn Əbu Talibə (ə) 500 dirhəm mehriyyə müqabilində ərə vermişdi. Həmçinin, Peyğəmbərin özünün də həyat yoldaşlarına adətən təqribən 400 dirhəm həcmində mehriyyə verdiyi barədə rəvayətlər var. Amma bunlar son hədd deyil və mehriyyənin məbləğini təyin etmək hüququ qadına məxsusdur. Qeyd edək ki, 400 və ya 500 dirhəm o zaman üçün heç də böyük məbləğ deyildi və Əli (ə) bu pulu öz zirehini satmaqla əldə etmişdi.

Milli.Az islam.az-a istinadən bildirir ki, qadının alicənablığı bundadır ki, gələcək həyat yoldaşından çox böyük miqdarda mehriyyə istəməsin. Çünki bu zaman kişi özünü ağır bir basqı altında hiss edəcək. Bəzən qadınlar mehriyyə olaraq ağlasığmaz məbləğdə pul və ya mal tələb etməklə, əslində boşanmanı mümkünsüz etmək məqsədi güdürlər. Ona görə də məsumlarımızın hədislərində qadının çox mehriyyə tələb etməsi mənfi xüsusiyyət kimi göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.