Cəmiyyət

Zifaf gecəsinin müstəhəb duaları hansıdır?

27 Avqust 2016 23:45
18 Şərh     Baxış: 2 859
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Zifafdan əvvəl bəylə gəlinin hər ikisinin dəstəmaz alması və iki rükət namaz qılması müstəhəbdir. Namaz Allaha şükr niyyəti ilə qılınır. Namazdan sonra oğlan Allaha həmd edib, Mühəmmədə və Ali-Mühəmmədə (s) salavat söyləsin, sonra belə dua etsin: "Allahüm-mərzuqni ilfəha və vüddəha və rizaha vərzini biha. Vəcmə beynəna bi-əhsəni ictimain və əysəri i'tilaf. Fəinnəkə tühibbül-həlalə və tükrihül-həram". Tərcüməsi: "İlahi, bunun (yəni həyat yoldaşımın) ülfətini, sevgisini və razılığını mənə nəsib et, məni də ondan razı et. Bizi ən gözəl birliklə və ən rahat ünsiyyətlə birləşdir. Həqiqətən, Sən halalı sevir, harama nifrət edirsən".

Milli.Az islam.az-a istinadən bildirir ki, İmam Cəfər Sadiq (ə) tövsiyə edirdi ki, gəlini bəyin yanına gətirəndən sonra bəy əlini gəlinin alnına qoyub üzü qibləyə dursun və bu duanı söyləsin: "Allahümmə bi-əmanətikə əxəztüha və bi-kəlimatikə əstəhləltü fərciha. Fəin qəzəytə li minha vələdən fəc'əlhü mübarəkən səviyya. Və la təc'əl liş-şeytani fihi şirkən və la nəsiba". Tərcüməsi: "Allahım, Sənin əmanətinlə (yəni kəbinlə) bu qızı aldım, Sənin kəlmələrinlə (yəni Qurandakı kəbin əmri ilə) onu özümə halal etdim. Əgər mənim qismətimə bu qızdan övlad yazmısansa, onu mübarək və sağlam et, şeytanı onun nütfəsində şərik etmə".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.