Cəmiyyət

Namaz qılan zaman ağlamaq olarmı?

27 Avqust 2016 18:45
2 Şərh     Baxış: 6 147
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, namaz qılan zaman dünya işlərindən ötrü (məsələn, yaxın adamın ölümünə görə, xəstəliyə görə, kasıblığa görə və s.) uca səslə ağlamaq namazı pozar. Bəzi müctəhidlər hətta dünya işlərindən ötrü səssiz ağlamağın da namazı batil etdiyini buyurmuşlar. Amma axirət məsələlərinə görə və ya Allahın qorxusundan ağlamaq namazı pozmaz; istər bu uca səslə olsun, isərsə də astadan. Hətta namazda axirətə görə və dini səbəblər üzündən ağlamaq savab sayılır. Müqəddəs imamlarımız namaz qılan zaman, xüsusilə, namazda Fatihə və başqa surələri oxuyanda qiyamətin dəhşətini yada salaraq ucadan ağlayardılar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.