Cəmiyyət

Sınıq möhürlə namaz qılmaq olarmı?

27 Avqust 2016 23:15
23 Şərh     Baxış: 4 405
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, sınıq möhürlə namaz qılmaq günah deyil. Səcdə zamanı möhürün alın dəyən sahəsinin şəriət dili ilə desək, bir dirhəm qədər olması kifayətdir. Bu ölçünü bəzi alimlər baş barmağın dırnağının sahəsi qədər, bəzi alimlər isə şəhadət barmağının bir bükümünün sahəsi qədər qəbul edirlər. Əgər sınmış möhürün ölçüsü bundan az deyilsə, üzərinə səcdə etmək olar. Unutmayaq ki, İmam Hüseyn (ə) türbətindən və ya digər müqəddəs torpaqdan hazırlanmış möhürə hörmətsizlik etmək, bununla da sınmasına şərait yaratmaq günahdır. Sınmış möhür istifadə üçün yararsızdırsa, torpağa basdırmaq məsləhətdir. Müqəddəs türbətdən hazırlanmış möhürü zibilliyə atmaq olmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.