Cəmiyyət

Dırnaq uzatmağa icazə verilirmi?

27 Avqust 2016 20:15
4 Şərh     Baxış: 4 344
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az islam.az-a istinadən bildirir ki, dırnaq uzatmaq kişiyə yaraşan hərəkət deyil, amma qadınlar üçün icazəlidir. Həzrət Mühəmməd Peyğəmbər (s) kişilərə tapşırırdı ki, dırnaqlarını qısaltsınlar. Qadınlara isə buyururdu ki, dırnaqlarınızı uzun saxlayın; bu, sizin üçün bəzəkdir (Əl-Kafi, VI, 491-492). Kişinin özünə bəzək vurması eyib olduğu üçün, uzun dırnaq saxlaması da məsləhət deyil. Dırnaq saxlayan qadınlar ona qulluq etməyi də bacarmalıdırlar. Gərək təmizliyə riayət olunsun, dırnaqların altında kir yığılmasın. Həmçinin, dırnaq o qədər uzun olmasın ki, dəstəmaz alan zaman barmağın tam islanmasına maneçilik törətsin. Buna görə də, qadınların öz dırnaqlarını həddən artıq uzatmaması tövsiyə edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.