Cənnətdə heç bir kin, qəzəb və digər pis hisslər olmayacaq, yalnız xoşbəxtlik və sevinc olacaq. Uca Allah buyurur: "Biz onların kökslərindəki kin-küdurəti çıxaracağıq. Onların ayaqları altından çaylar axacaq. Onlar deyəcəklər: "Bizi buna qovuşduran Allaha həmd olsun! Əgər Allah bizə hidayət etməsəydi, biz özümüz doğru yola yönələ bilməzdik. Əlbəttə, Rəbbimizin elçiləri haqqı gətirmişdilər". Onlara belə xitab ediləcəkdir: "Əməlləriniz sayəsində varis olduğunuz Cənnət budur!" (əl-Əraf, 43)
Milli.Az zikr.az-a istinadən bildirir ki, cənnətdə həmçinin insanın istədiyi bütün nemətlər dünyadakından daha üstün formada, həmçinin ağlına gəlməyən nemətlər də olacaq. "Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır" (Yasin, 57) . "Onlar gecə namazını qılmaq üçün böyürlərini yataqdan qaldırır, qorxu və ümid içində öz Rəbbinə yalvarır və onlara verdiyimiz ruzilərdən Allah yolunda xərcləyirlər. Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir" (əs-Səcdə, 16-17)
Cənnətdə evlilik də olacaq. Dünyada ikən evlənə bilmədən vəfat edən mömin kişi və qadınlar, Cənnətdə evləndiriləcək və orada evlənməmiş kimsə qalmayacaq. Peyğəmbər (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Cənnətdə heç bir subay kimsə yoxdur" və ya "Cənnətdə subaylıq yoxdur". (Muslim, 4382).
Hurilər isə Allahın kişilər üçün yaratdığı Cənnət qadınlarıdır, amma dünya qadınları gözəllikdə onları da ötüb keçəcəklər. Daha ətraflı: Cənnətdəki hurilər nə üçündür?
Həmçinin bilmək lazımdır ki, Uca Allah hər bir quluna qarşı ədalətlidir, buna qətiyyən şübhə etmək olmaz.
"Sənin Rəbbin qullara zülm edən deyil" (Fussilət, 46)
"Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?" (əl-Maidə, 50)
"Məgər Allah hakimlərin ən üstünü deyilmi?" (ət-Tin, 8)
Ona görə də Allahın və Onun rəsulunun hökmlərini eşitdikdə itaət etmək lazımdır. Uca Allah buyurur: "Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin yanına çağırıldıqda möminlərin sözü ancaq: "Eşidirik və itaət edirik!"- demələridir. Nicat tapanlar da məhz onlardır." (ən-Nur, 51)
Milli.Az
Cəmiyyət
Kişilər üçün cənnətdə hurilər olacaqsa, bəs qadınlar üçün kimlər olacaq?
28 Avqust 2016 22:45
16 Şərh
Baxış: 10 051
DİGƏR XƏBƏRLƏR
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- Pensiyaların yubanması ilə bağlı yayılan məlumatlara CAVAB
- Hər yerdə məzə obyektinə çevrilən deputat - VİDEO
- Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOsu
- Bakı-Sumqayıt qatarını daşa basan 3 azyaşlı saxlanıldı
- Bilməyənlər bilənlərə öyrətsin- Ordan-burdan silsiləsindən - Yunus Oğuz yazır
XƏBƏR LENTİ
- Yerkökü və qaragilə görməni yaxşılaşdırır?
- Dilandan transparan libasda FOTOlar
- “Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır
- Qurban Qurbanovun oğlunun Messi ilə FOTOsu sosial şəbəkələrdə trend oldu
- Bakıda yarım milyona Quran satılır? - FOTO
- Yatmadan əvvəl 11 zeytun yeyin
- Nobel İnstitutundan CAVAB: “Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir”
- COP29-un prezidenti ABŞ-nin keçmiş dövlət katibi ilə görüşdü
- Günün qoroskopu: Gərəkli anlarda yaxşı reaksiya tələb olunur
- KİV: Ukrayna hərbçiləri sursat çatışmazlığı fonunda mövqelərini qoruya bilmirlər
- Ancelinanın yeni döyməsi: Bu xatirəni bədənində əbədiləşdirdi - FOTO
- Yadplanetlilər haqda daha bir film çəkəcək
- İsraili növbəti eskalasiyadan çəkindirmək üçün... - Abdullahian
- Təzyiq dərmanını səhər, yoxsa axşam içməli?
- UEFA “Barselona”nı cərimələdi
- Çox asan hazırlanan dadlı peçenye RESEPTİ
- Xocalı aeroportu Azərbaycanın nəzarətinə keçir - VİDEO
- Meksikada da zəlzələ oldu
- Gəlin ərini başqası ilə səhv saldı – Görün nə baş verdi
- AB ölkələri Rusiyaya qarşı yekdil fikirdədir - Makron
- İrana qarşı çıxan Qərb ölkələri... - Ərdoğan
- Bu həftə inanılmaz dərəcədə varlanacaq BÜRCLƏR
- İmran Əliyev hava limanında saxlanıldı
- Qadınların kişi seçəndə etdiyi səhvlər: İLK 3