Cəmiyyət

Saçların tez uzadılması - Mümkündür

28 Avqust 2016 23:15
6 Şərh     Baxış: 3 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər qadın nağıl qəhrəmanı olan Rapunzel kimi uzun və qalın saçlara sahib olmağı arzu edir.
Bunun üçün mütləq saçların süni şəkildə uzadılması prosedurlarına baş vurmaq və ya parik taxmaq lazım deyil. Bir neçə həftə ərzində inanılmaz saç buruqlarına sahib ola bilmək yolları da mövcuddur. Razılaşarsınız ki, məhz saçlarınızı uzatmağa qərar verdiyiniz gün onlar sanki inkişafdan dayanır. Statistikaya görə, ay ərzində saçlar orta hesabla cəmi 1-1.5 sm uzanır. Ancaq saçların uzanmasını sürətləndirmək mümkündür. Bəzi vitaminlər və məhsullar var ki, onlar sayəsində qısa saçları uzun, nazik saçları isə qalın saçlar əvəz edir.  Üstəlik də nəticəni çox gözləmək lazım gəlmir, yaxşılaşmanın ilk təzahürləri artıq bir neçə həftədən özünü göstərməyə başlayır.
Düzgün qidalar
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, yumurta, soya, kəpəkli taxıl və qaraciyər B vitaminlər qrupundan olan biotin vitamini ilə zəngindir ki, bu da saçların uzanmasını xeyli sürətləndirir. Qızıl balıq, sardina, ton balığı, kök də buruqların sürətli inkişafını təmin edir.
Vitaminlər
Vitaminlər yalnız ürək, sümüklər və sağlam hüceyrələr üçün deyil. Onlar həm də saç artımına müsbət təsir göstərir. Vitaminlərin tərkibində mütləq saçların sağlamlığı və gözəlliyini təmin edən biotin olmalıdır. Saşların həcminin artımına isə sink və C vitamini öz təsirini göstərir.
Baş dərisinin masajı
Əgər siz baş dərisini gün ərzində ən azı 30-60 saniyə masaj etsəniz, saç uzanması sürətlənəcək. Masaj follikulları oyadaraq onlara qan axınını gücləndirir. Masaji günün istənilən saatında edə bilərsiniz, ancaq saçlar nəm olduqda sürtünmə dərəcəsi azaldığı üçün bu daha effektli nəticə verir.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.